Bakıda orta aylıq əməkhaqqı azalıb – Hesabat

16:34 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı məlum olub.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı kiçilərək 901 manat təşkil edib.

Belə ki, ötən ilin yanvar ayında paytaxt üzrə əməkhaqqı göstərici 957,5 manata bərabər olub.

Bu isə 2021-ci ilin yanvarında 6 faiz azalma deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər