Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar olacaq - Razılıq əldə olunub

15:26 - 16.05.2021


16 may, Fineko/abc.az. Rusiyanın Çelyabinsk hava limanından Bakıya birbaşa uçuşların bərpası ilə bağlı ilkin razılaşma əldə olunub.

ABC.AZ Apa-ya istinadən məlumat verir ki, Çelyabinsk hava limanından beynəlxalq aviadaşımaların bərpası ilə bağlı artıq qərar qəbul edilib və iki istiqamət üzrə (Yerevan və Bişkek) reyslərin bərpası artıq razılaşdırılıb.

Qeyd olunur ki, Çelyabinsk-Bakı-Çelyabinsk, Çelyabinsk-Almatı-Çelyabinsk (hər ikisi müntəzəm) və Çelyabinsk-Monastir (Tunis, çarter reysləri) istiqamətlər üzrə reyslərin yerinə yetirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

 

Bütün xəbərlər