Avropa iqtisadiyyatı bu tarixdə özünə gəlməyə başlayacaq

12:12 - 14.06.2021


14 iyun, Fineko/abc.az. Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, onun gözləntilərinə görə, Avropa iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2022-ci ilin I rübündə qayıdacaq.

ABC.AZ-ın Apa-ya istinadən  məlumatına görə, bu, Avropa Mərkəzi Bankın verdiyi əvvəlki proqnozdan bir rüb daha tezdir.

K.Laqardın sözlərinə görə, iqtisadi bərpa artıq başlayıb və bank artıq sözügedən artımın dəstəyi ilə məşğuldur.

Bundan əlavə, bank rəsmisi əlavə edib ki, AMB-nin təşəbbüsü olan PEPP ("Pandemic emergency purchase programme") proqramının (bankın pandemiyaya qarşı başlatdığı qeyri-standart monetar siyasət) dayandırılması haqqında danışmaq hələ tezdir.

 

Bütün xəbərlər