330x110
 

Tibb işçilərinin əmək haqlarında dəyişiklik - Detallar

23.06.2021,16:22


23 iyun, Fineko/abc.az. “Səhiyyə işçilərinin əmək haqlarının ödənilməsi qaydası dəyişilmək üzrədir”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası" mövzusunda çıxışında deyib.

A.Əhmədovanın sözlərinə görə, qaydaların bir çox bəndlərində dəyişiklik olacaq: “20-21 bənd üzrə dəyişiklik gedir. Yaxın günlərdə idarə heyətinin qərarı ilə dəyişiklik olacaq. Bundan sonra bütün dəyişikliklərə aydınlıq gətiriləcək. Onu deyə bilərəm ki, əmək haqları kifayət qədər artıb”.