İcra başçısının müavini işdən çıxarıldı - Səbəb

11:12 - 9.07.2021


9 iyul, Fineko/abc.az. Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Lənkəran RİH-dən bildirilib.

Qeyd olunub ki, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib.

 

Bütün xəbərlər