Naxçıvanda əhaliyə 6 ayda nə qədər istehlak malları satılıb?

10:46 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında Naxçıvanın muxtar respublikasının istehlak bazarında əhaliyə 806 milyon 184 min manat dəyərində istehlak malları satılıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə satılmış istehlak mallarının 97,1 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Qeyd edək ki, bütün bunlar Naxçıvan iqtisadiyyatının 1 faiz böyüməsi fonunda baş verib.

 

Bütün xəbərlər