Yeni dövlət standartı qəbul edilib

12:04 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması məqsədilə AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri.

Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.

Bu barədə qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a bildirilib.

Qeyd edilib ki, ISO 14001 beynəlxalq standartın son versiyasına əsaslanan standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb.

 

Bütün xəbərlər