330x110
 

İki xəstəxananın tikintisinin davamına böyük məbləğ ayrıldı - Şirkətlər seçildi

10.09.2021,16:13


10 sentyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı) və 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tikintinin davamı) (II elan) tenderlərinə yekun vurub.

ABC.AZ xəbər verir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 6 milyon 944 min 597 manat, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinın davamı üçün isə 9 milyon 122 min 591 manat ayrılıb. Qalib şirkətlər müvafiq olaraq "Fərid İnşaat" Firması və "Palma İnşaat" MMC seçilib.

Nazirlik qalib şirkətlərə ümumilikdə 16 milyon 67 min 188 manat ödəyəcək.