330x110
 

Azərbaycanda yaxın illərdə 10 su anbarı tikiləcək - Anonsu verildi

12.10.2021,15:18


12 oktyabr, Fineko/abc.az. Yaxın illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 su anbarının tikintisi nəzərdə tutulub. Anbarlar Tovuz, Ağdaş, Ağsu və ölkənin şimal bölgəsində tikiləcək.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib. Onun sözlərinə görə, cari və gələn illər ərzində yeni su anbarlarının texniki-iqtisadi əsaslandırılması və layihələndirilməsi başa çatdırılacaq.

"Çox güman ki, Yengicə və Əlincəçay su anbarlarının tikintisi gələn ilin əvvəlindən başlasın", - R. Aslanov qeyd edib.

Müəllif: Elmir Murad