Vergi işçiləri maskaları yoxlayır - Cərimələr yazır

10:43 - 1.11.2021


1 noyabr, Fineko/abc.az.  Dövlət Vergi Xidmətinin əməkdaşları kommersiya obyektlərində satıcıların və müştərilərin maskadan istifadə etməsi və sosial məsafə saxlamasına nəzarətə başlayıb.

Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, bu həftə 4914 obyektə nəzarət edilib, 593 dəfə pozuntu aşkar edilib.

Belə ki, 84 müştəri mağazaya maskasız daxil olub, 509 halda isə satıcılar maskasız olub.

Nəticədə  vergi əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan obyektlərə cərimə yazıblar.

Bütün xəbərlər