Yoluxanların sayı açıqlanıb - Statistika

16:57 - 16.11.2021


16 noyabr, Fineko/abc.az Azərbaycanda bu gün koronavirus infeksiyasına 2015 yeni yoluxma faktı qeydə alınıb, 2178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 31 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bütün xəbərlər