Vətəndaşlar vaxtından əvvəl pensiyaya çıxacaq? - Deputatdan təklif

12:07 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. Milli Məclisdə büdcə müzakirələri zamanı irəli sürdüyüm təkliflərdən biri də vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi idi.

ABC.AZ xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

 O qeyd edib ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əməkhaqqı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır. "Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır" deyə deputat bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər