Ehtiyac meyarı yaşayış minimumuna bərabər olmalıdır - Nazir

17:30 - 23.11.2021


 23 noyabr, Fineko/abc.az. Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı kimi göstəricilər var. Əsas məqsəd odur ki, ehtiyac meyarı yaşayış minimumuna bərabər olsun.Belə olan təqdirdə, ehtiyac meyarı kimi göstəriciyə ehtiyac qalmayacaq.

ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib.

“Bu istiqamətdə iş aparılır. Yəqin ki, biz hədəfə nail olarkən bir çox ölkələrdə olduğu kimi, ehtiyac meyarı ləğv edilə bilər”, - deyə nazir əlavə edib.

Bütün xəbərlər