Son sutkada bu qədər vaksin vurulub - Statistika

17:29 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.   Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumatq görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə 4 544 439, “buster” doza üzrə isə 787 910 nəfər təşkil edir.

Bütün xəbərlər