Azərbaycanda COVİD-19 infeksiyasına 1210 yoluxma halı aşkarlanıb

08.12.2021,17:11


8 dekabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1210 yeni hal aşkar edilib (COVİD-19), 1853 nəfər müalicə olunaraq evə buraxılıb, 15 nəfər isə vəfat edib.

Nazirlər Kabineti yanında əməliyyat Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 599 713 fakt aşkarlanıb. 569 238 nəfər müalicə olunub, 8019 nəfər vəfat edib.

Aktiv xəstələrin sayı 22456 nəfər olub.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 12 033 test, bütün dövr ərzində 5 633 054 test keçirilib.