Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadıldı - Qərar

21.01.2022,11:53


21 yanvar, Fineko/abc.az. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında"  Qanununda dəyişiklik qanun layihəsi təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Dəyişiklik bu gün 2022-ci ilin yaz sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclasında qərara alınlb.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.