Xaricdə təhsil alan həkim-mütəxəssislər tibb müəssisələrində işə cəlb ediləcək

10:31 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi yanvarın 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi nümayəndəsi brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki hesabatını açıqlayıb.

O qeyd edib ki, xarici ölkədə təhsil alan həkim-mütəxəssislər dövlət tibb müəssisələrində işə cəlb olunacaq.

"Proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən aparılacaq. Seçim zamanı üstünlük Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə verilir".

Müəllif: Elmir Murad

Bütün xəbərlər