300 manat pensiya alanların məbləğində 5.6 faiz artım olacaq - Yeni Sərəncamın şərhi

15:49 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımdan vacib addımdr.

ABC.AZ-ın məlumatına görə, bunu ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək.

"Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Son sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək. Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6.6 faiz artım deməkdir (17 manat/250 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10.0 faiz (6.6 % +3.4 %) artacağı anlamına gəlir.Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5.6 faiz artım deməkdir (17 manat/300 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9.0 faiz (5.6 % +3.4 %) artmasıdır”, - deyə deputat qeyd edib.

 

Bütün xəbərlər