Bir ayda əhali 2 milyard manatlıq ərzaq məhsulları alıb – Hesabat

12:22 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Yanvar ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini 199,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 162,6 manatlıq qeyri-ərzaq malları alıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər