Türk Hava Yolları “Mir” kartı ilə ödənişləri qəbul etməyi dayandırıb

14:50 - 12.05.2022


12 may, Fineko/abc.az."Türk Hava Yolları" Rusiyaya mal çatdıran bəzi türk onlayn mağazalarının "Mir" kartı ilə ödənişləri qəbul etməyi dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın İzvestiya qəzeti yazıb.

Məqalədə bildirilib ki, milli ödəniş sisteminin kartlarının bloklanması hətta Qərbin sanksiyalarına məruz qalmayan banklara da təsir edib. Saytlarda hələ də "Mir" ilə ödəmə imkanı haqqında məlumatlar var. Lakin alış-veriş etmək istəyərkən müştəridən bankla əlaqə saxlaması və ya başqa yolla ödəməyə çalışması xahiş olunur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər