Dövlət Vergi Xidmətində yeni təyinat - Foto

11:28 - 23.05.2022


23 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub.

ABC.AZ Report-a istunadən xəbər verir ki, bu vəzifə Fərhad Quliyevə həvalə edilib.

O, bu təyinata qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub. F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib.

Xatırladaq ki, F.Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

 


Bütün xəbərlər