24.06.2022,18:54
24 iyun, Fineko/abc.az. “Azərlotereya” ASC daha çox uduş və daha çox şans olan “10X” ani lotereyasını təqdim etdi.
Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru "Azərlotereya" ASC yeni “10X” ani lotereyasını satışa çıxardı.
“10X” lotereyasının ümumi uduş fondu 68.545.840 AZN təşkil edir. Bu, indiyədək ani lotereyalar arasında maksimum göstəricidir. Ən böyük uduş məbləği isə 200.000 AZN-dir.
“10X” daha çox qazanmaq şansı vəd edir. Belə ki, “10X” simvolunu tapmaqla uduş məbləğinin 10 mislini qazanmaq mümkündür.
Qeyd edək ki, qiyməti 10 AZN olan lotereya biletlərinin ümumi sayı 10 080 000, uduşlu biletlərin sayı isə 2 781 697 ədəddir.
Oyunun qaydalarına gəldikdə isə bildirək ki, “üstüörtülü” lövhələri pozduqdan sonra “uduşlu rəqəmlər” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “rəqəmləriniz” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.
“Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı qeyd olunur.
Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.
“Sputnik Azərbaycan” agentliyinin rusdilli versiyasının redaktorları Rusiya Müdafiə Nazirliyinin “Qisas əməliyyatı” zamanı Azərbaycanın guya atəşkəs rejimini pozması ilə bağlı məlumatını dərc etməkdən imtina edərək istefa verib.
05.08.2022,11:57
2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək.
28.07.2022,16:12
Bu ilin iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezidentin aylıq təqaüdü ilə təmin etdiyi şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.
26.07.2022,12:25
06 Avgust 2022 | 13:22
06 Avgust 2022 | 11:30
05 Avgust 2022 | 17:26
05 Avgust 2022 | 17:23
05 Avgust 2022 | 17:12
05 Avgust 2022 | 16:59
05 Avgust 2022 | 16:52
05 Avgust 2022 | 16:35
05 Avgust 2022 | 16:22
05 Avgust 2022 | 16:12
05 Avgust 2022 | 16:06
05 Avgust 2022 | 15:49
05 Avgust 2022 | 15:28
05 Avgust 2022 | 15:27
05 Avgust 2022 | 15:03