Zəngəzur dəhlizi geoiqtisadi inqilabdır - Nüfuzlu portal

12:08 - 18.05.2021


18 may, Fineko/abc.az. Nüfuzlu Emerging Europe saytı “Zəngəzur dəhlizi” barədə yazı dərc edərək, sözügedən dəhlizin geoiqtisadi inqilab adlandırılmasını işıqlandırıb.

ABC.AZ-ın məlumatına görə, bəhs olunan yazıda qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması, infrastruktur və kommunikasiyanın qurulması nəticəsində Azərbaycan Asiya və Avropa arasındakı tərəfdaşları ilə birlikdə əsas nəqliyyat qovşağına çevriləcək.

"Bu isə Böyük İpək Yolu iştirakçılarının fəaliyyətinin əsas məqsədlərindən biridir. Zəngəzur dəhlizinin açılması həmçinin region ölkələri arasında siyasi, ticari və iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək" deyə yazıda qeyd olunub.

Müəllif: Elmir Murad

 

Other news