Sentyabrda Azərbaycan gündəlik neft hasilatının 718 min barelə çatdıracaq

10:03 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər