Azərbaycanda işsizlikdən sığorta üzrə ödənişlərin təyin edilməsi elektron sistemi tətbiq ediləcək

13:39 - 29.05.2018


29 may, Fineko/abc.az. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində özünü məşğulluq proqramlarının səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanması üzrə işçi qrupun iclası keçirilib.

Görüş zamanı  Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, əsas məqsəd, məşğulluq xidmətinin  nümunəvi xidmət  konsepsiyasına uyğunlaşdırmaqdır.

“Şəffaflığın, eləcə də operativliyin təmin edilməsi məqsədi ilə, və bu sahədə elektron xidmətlərin göstərilməsi üçün keçid vacibdir, xüsusilə, işsizlikdən sığorta üzrə ödənişlərin elektron formatda həyata keçirilməsi imkanını nəzərdən keçirilməlidir ki, bu da həmin ödənişlərin şəffaflığını və sadələşdirilməsini təmin edəcək”,  - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, peşə hazırlığı kurslarında iştirak etmək üçün elektron qəbul xidmətini də tətbiq etmək məqsədəuyğundur.

 

Bütün xəbərlər