Shell ABŞ-ın ən böyük neft kəmərlərindən birinin istismarını dayandırır

12:19 - 18.08.2022


18 avqust, Fineko/abc.az.  Britaniya-Hollandiya neft və qaz şirkəti Shell sentyabrda Meksika körfəzindəki əsas neft kəmərini iki həftə müddətinə bağlamağı planlaşdırdığını bildirib. O, Luiziana neft emalı zavodlarını neftlə təmin edirdi. 

Bu barədə ABC.AZ  Reuters agentliyinə istinadla xəbər verir ki,Shell, Odyssey və Delta boru kəmərlərinin sentyabrın əvvəlindən ortalarına qədər planlı təmir üçün bağlanacağını söylədi.

Shell əlavə edib ki, boru kəmərləri dəniz yataqlarından ağır neft nəql edir və digər boru kəmərlərinə keçid mümkün deyil.
Meksika körfəzinin şərqində yerləşən Odissey boru kəməri sutkada 220 min barel neft hasil etmək qabiliyyətinə malikdir və Luiziana ştatındakı terminallara və Norco Shell neft emalı zavoduna təchizatla Delta boru kəmərinə qoşulur.

Bütün xəbərlər