Bakıda 26 müəssisə cərimələndi

29.09.2022,16:40


29 sentyabr, Fineko/abc.az. Dünən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 29 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 26 müəssisədə nöqsanlar müəyyən olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Agentlikdən verilən məlumata əsasən, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 25, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 11 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, nöqsanlar aşkarlanmış müəssisələr arasında Bakının mərkəzində yerləşən “Societe” restoranı da var.