Mərkəzi Bank bu tenderə 46 min manatdan çox pul xərcləyəcək

17:20 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Mərkəzi Bank  “Mərkəzi Bankın inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması” və “Mərkəzi Bankın inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderlərin qalibi “Xəzərliftservis” MMC olub. Şirkətlə birinci tender üzrə 17 min 842, ikinci tender üzrə 28 916, ümumilikdə 46 min 758 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl İqtisad Universitetinin 47 min 790 manat məbləğindəki “UNEC-in tədris binalarında liftlərə texniki xidmətin göstərilməsi işlərinin satınalınması” (28.06.2022) tenderini qazanıb.

Bütün xəbərlər