Neftçilər prospektində nəqliyyat vasitələrinin hərəkəti axşama qədər qismən məhdudlaşdırılıb

13:01 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi yol təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir ki, üfiqi nişanlanma xətlərinin rənglənməsi üzrə işlər aparılır.

“Nişanlanma xətlərinin çəkilməsi üzrə işlər Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində aparılır. Bu sahələrdə nəqliyyatın hərəkəti axşam saatlarına qədər məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər