Bitki və heyvan mənşəli piylər və yağların idxalı artıb

10:48 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Ötən il 171,8 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 297,5 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ildə dəyəri 221,8 milyon dollar olmaqla 155,6 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

 

Bütün xəbərlər