Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

17:44 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə ABC.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bütün xəbərlər