Bakıda muzdla işləyənlərin orta aylıq nominal maaşı bu qədər artıb

16:22 - 17.05.2023


17 may, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib.

Bütün xəbərlər