Əmək müqavilələrinin sayı 1 milyona çatır

11:14 - 19.05.2023


19 may, Fineko/abc.az. Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən xəbərə görə, bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb.

Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı fondunda daha 8,5 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Bütün xəbərlər