10:28 - 28.06.2018
27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib. Tədbiri açan BP-nin baş direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz Dəhlizinin rolundan danışıb. O, deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.
Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik,” deyə nazir əlavə edib. Nazir ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. Pərviz Şahbazov layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.
ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir. Frank Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.
2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.
26 May 2023
“Avromed Company” QSC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
26 May 2023
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk.
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023
26 May 2023