“TÜRKSOY” beynəlxalq təşkilatının 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

11:44 - 29.06.2018


28 iyun, Fineko/abc.az. 29 iyun 2018-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Mahnı Teatrında “TÜRKSOY” beynəlxalq təşkilatının 25 illiyinə həsr olunmuş yubiley gecəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Gecədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblı, Türkiyə, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Tuvadan dəvət olunmuş musiqiçilər iştirak edəcəklər.

 

Bütün xəbərlər