Bakıda 32 saylı paytaxt marşrutu üzrə xidmətləri yerinə yetirən daşıyıcı dəyişdirilib

16:46 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin təhlükəsiz daşınması üzrə tədbirlər görməyə davam edir.

Agentliyin məlumatında deyilir ki, 32 saylı paytaxt marşrutu üzrə xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi).

“Marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcı, sərnişinlərin şikayətləri əsasında dəyişdirilib. Bundan sonra marşrut, saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, artıq  bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - “Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.

 

Bütün xəbərlər