330x110
 

Azərbaycan gömrükçüləri “iPhone” telefonlarının qanunsuz idxalının qarşısını alıblar

03.08.2018,15:06


3 avqust, Fineko/abc.az. Azərbaycan gömrükçüləri mobil telefonların ölkəyə qanunsuz idxalının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir ki, qanunsuz idxal cəhdinin qarşısı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən  alınıb.

“Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd “İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib, lakin  vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən 10 ədəd, paketin içərisində isə 2 ədəd “İphone X 256GB” markalı mobil telefonlar aşkar edilmişdir”, - məlumatda belə deyilir.

 

Açar sözlər: DGK Gömrük