Mərakeş gənclərinin Azərbaycana səfəri

12:18 - 21.08.2018


21 avqust, Fineko/abc.az.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman Nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən cari ilin 21-31 avqust tarixlərində Mərakeş gənclərinin Azərbaycana səfəri baş tutacaqdır.

Təsdiq edilmiş proqrama əsasən qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Şəki şəhərində, Qəbələ, İsmayıllı və Göygöl rayonlarında səfərdə olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında  görüşlər keçirəcəklər.

 

Bütün xəbərlər