Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir

10:07 - 30.08.2018


30 avqust, Fineko/abc.az. 2018-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, eləcə də cəbhə bölgəsində yerləşən tank bölmələrinin iştirakı ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Sinif otaqlarında və trenajorlarda nəzəri bilikləri mənimsədikdən, eyni zamanda təhlükəsizlik qaydalarını öyrəndikdən sonra, tank heyətləri taktiki, atəş hazırlığı və döyüş maşınlarının taktiki sahələrdə, tank poliqonlarında və tankodromlarda idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar

Çöl məşqləri zamanı tank heyətləri döyüş hazırlığı mərhələsinin şərtlərinə və tapşırıqlarına uyğun olaraq şərti düşmən hədəflərinə döyüş atışları icra edirlər.

 


Bütün xəbərlər