Ölkəmiz Moskva şəhərində keçiriləcək 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq

14:35 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Sentyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası fəaliyyətə başlayacaq. Sentyabrın 9-a kimi davam edəcək sərgi-yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli nəşrlər nümayiş olunacaqdır. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərə təqdim ediləcəkdir. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlarla, digər aidiyyatı qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılmışdır.

 

Bütün xəbərlər