Azərbaycan neftinin qiyməti bir barelə 79,74 dollar təşkil edir

10:35 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,01 dollar (0,01%) bahalaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,74 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti çərşənbə axşamı,  4 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,07 dollar (0,1%) bahalaşaraq bir barelə 69,87 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti çərşənbə axşamı,  4 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 0,02 dollar (0,04%) qalxaraq  bir barelə 78,17 dollar təşkil etmişdir.

Nəticədə “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  hazırda 8,30 dollar / barelə qədər artmışdır.

 

Bütün xəbərlər