AZAL-ın Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiyası

12:40 - 12.11.2018


12 noyabr, Fineko/abc.az.  “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.

AZAL-ın məlumatında deyilir ki, dekabrın 1-dən  2019-cu il martın 26-dək yerinə yetirilən  uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri Bakı-Pekin-Bakı  marşrutu üzrə - 399 avro, Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək.

“Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir. Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər