“Holcim Azərbaycan” təbii enerji mənbələrini alternativ enerji mənbələri ilə əvəz edir

14.11.2018,17:32


14 noyabr, Fineko/abc.az. Təəssüf ki, gündəlik tullantı emissiyaları müasir iqtisadi inkişafın tərkib hissəsinə çevrilib. Tullantıların  təkrar emalı bir çox müəssisələr üçün zəhmət və yüksək  sərmaye tələb edən bir prosesdir. Tullantıların idarə edilməsində yanlış yanaşma və ya aşağı səmərəlilik, müəssisələri ciddi ekoloji və nüfuz risklərinə məruz qoya bilər. Bununla bağlı, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir.

Təbii enerji mənbələrinin bu növlərlə əvəz edilməsi ətraf mühitin mühafizəsinə  dair bir neçə funksiyanı həll etməyə imkan verir: ətraf ərazilərin, hava, su hövzələri və torpağı çirkləndirən tullantıların təhlükəsiz şəkildə utilizasiyası, eləcə də bərpa olunmayan təbii ehtiyatların saxlanması. Hər kəs Holcim-i yüksək keyfiyyətli sement istehsal edən Qaradağ sement zavodu  kimi tanıyır, lakin Holcim zavodunun bu cür xüsusi texnologiyalara malik olduğunu çox az adam bilir. Artıq yararsız təkərlərlə ilk uğurlu sınaqlar  həyata keçirilib və digər materiallarla genişmiqyaslı testlər üçün  hazırlıqlar aparılır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən  "Caspian Ecology Exhibition" sərgisində dünyaca məşhur "Geocycle" brendi  altında təqdim olunmuşdur.

Dünya   bazarında 100 illik təcrübəyə malik olan Holcim, təkcə təkrar emal üçün həllər deyil, həm də neft və neft məhsulları ilə çirklənmiş torpağın toksinlərdən inertizasiyası üçün innovativ yanaşmalar təklif edir. Sement əsasında hazırlanmış Inercem məhsulu buna ən parlaq nümunədir. Sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi  çıxış edən Holcim  ölkənin ekoloji mühitinə töhfə verməyə  hazırdır.