Azərbaycan neftinin qiyməti artdı

10:07 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,81 dollar və yaxud 1,20% artıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 68,62 dollar təşkil edir.

Noyabrın 15-də keçirilən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,21 dollar (0,37%) artaraq bir barelə 56,46 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  0,5 dollar  (0,76%) artaraq bir barelə 66,62 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 10,16 dollara bərabərdir.

 

Bütün xəbərlər