Azərbaycanda iaşə obyektlərinin dövriyyəsi 6,2% artıb

11:24 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanda iaşə obyektlərinin dövriyyəsi artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin 10 ayı ərzində iaşə obyektlərinin dövriyyəsi 6,2% artaraq 1169,1 milyon manat təşkil edib.

“İaşə obyektlərinin dövriyyəsinin 42,3%-i hüquqi şəxslərin, 57,7%-i isə fiziki şəxslərin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslərin dövriyyəsi 6% artaraq 489 milyon manat təşkil edib”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.

 

Bütün xəbərlər