Azərbaycan nefti bahalaşıb

06.12.2018,09:49


6 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,19 dollar və  yaxud 0,30% artıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 64,05 dollar təşkil edir.

 “NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 0,36 dollar (0,68%) enərək bir barelə 52,89 dollar təşkil etmişdir.  

Çərşənbə günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,52 dollar (0,84%) enərək bir barelə 61,56 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi azalmağa davam edir və bu gün 8,67 dollara bərabərdir.