Bakının Nobel prospekti təxminən bir ay müddətinə bağlanır

17:20 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Azərbaycanın su operatoru “Azərsu” ASC, təmir işləri ilə bağlı Bakıda 20-25 gün müddətinə Nobel prospektini bağlamaq planlaşdırıldığını xəbərdar edir.

“Azərsu” ASC-in məlumatında deyilir ki, yol mərkəzə doğru hərəkət istiqamətində bağlanacaq, işlərin isə yaxın günlərdə başlayacağı planlaşdırılır.

2018-ci il dekabrın 23-də Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi baş vermişdir ki, bu da  təmir işlərinin aparılacağı Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması ilə bağlı idi.

 

Bütün xəbərlər