330x110
 

Azərbaycan nefti ucuzlaşıb

06.02.2019,09:54


6 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,20 dollar (0,31%) enib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,78 dollar təşkil edir.

5 fevral tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,90 dollar (1,65%) enərək  bir barelə 53,66 dollar təşkil etmişdir.

Həmin vaxta WTI-nin qiyməti 0,04 dollar (0,07%), yəni bir barelə 53,70 dollara qədər yüksəlmişdir.

Çərşənbə  axşamı günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,53 dollar (0,85%), yəni bir barelə 61,98 dollara qədər enmişdir.

Saat 9:15-də “Brent”in aprel  ayının fyuçers qiyməti 0,02 dollar (0,03%) yüksələrək bir barelə  62,0 dollar təşkil etmişdir.