Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyonu keçib

17:09 - 10.05.2019


10 may, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu ilin yanvar-aprel aylarında birlikdə əhali sektoru üzrə 38 min 62 yeni abonent qeydiyyata alınıb. Bunun 18 min 262-si Bakı, Abşeron və Sumqayıt, 19 800-ü isə regionlar üzrədir.

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 222 min 316-ya çatıb.

Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

 

Bütün xəbərlər