330x110
 

Azərbaycan neftinin qiyməti enib

21.05.2019,09:49


21 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,58% enərək bir barelə 75,53 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 20-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,34 dollar (0,54%) artaraq bir barelə 63,10 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi çərşənbə axşamı günü saat 09:15-də 0,24 dollar (0,38%) artaraq 63,34 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,24 dollar (0,33%) düşərək bir barelə 71,97 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri çərşənbə axşamı günü saat 09:15-də 0,21 dollar (0,29%) artaraq bir barelə 72,18 dollar təşkil etmişdir.